Putin Mübarəklə bağlı xatirəsini danışdı: Dedikləri onu təəccübləndirib
Bizi izləyin

Dünya

Putin Mübarəklə bağlı xatirəsini danışdı: Dedikləri onu təəccübləndirib

Putin Mübarəklə bağlı xatirəsini danışdı: Dedikləri onu təəccübləndirib

Rusiya prezidenti Vladimir Putin Misirin sabiq lideri Hüsnü Mübarəkin İncildəki hadisələrlə bağlı biliklərinin onu necə təəccübləndirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Putin bu barədə “Rusiya-Afrika” sammitinin plenar iclasında danışıb.

Rusiya liderinin sözlərinə görə, illər əvvəl o, Hüsnü Mübarəki Moskva Kremlindəki Qranovitaya sarayında qəbul edib. Nahar zamanı Misirin sabiq prezidenti zalın divarlarındakı freskaların süjetlərini izah etməyə başlayıb. Mübarəkin təsvirlər barədə ətraflı məlumatı Putini təəccübləndirib, çünki Rusiya prezidenti özü də həmin detallardan bir çoxunu bilmirmiş.

Putin İslam dininə etiqad edən Mübarəkin İncildəki hadisələri bu qədər dərindən haradan bildiyini soruşub. Misirin sabiq liderinin cavabı isə belə olub:

“Quranda da, İncildə də bunların hamısı eynidir, demək olar ki, eyni şeylərdir”.

Putin bu əhvalatı bir gün əvvəl Misirin hazırkı Prezidenti Əbdülfəttah əs-Sisi ilə həmin zalda keçirilən qəbul zamanı da danışıb. Əs-Sisi müxtəlif dinlərin təməlində ortaq mənəvi dəyərlərin dayandığını bildirib. Putin də bu fikirlə razılaşaraq belə prinsiplərin xalqları birləşdirdiyini vurğulayıb.

Qeyd edək ki, Qranovitaya sarayı XV əsrin sonlarında inşa edilib. Sarayın divarlarını Bibliya mövzularını əks etdirən freskalar bəzəyir. Hazırda burada təntənəli mərasimlər və rəsmi qəbullar keçirilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm