Hadisə
Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil aşdı, yanğın baş verdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı







.jpg)













.jpg)












