Hadisə
DİN kiberdələduzluqla bağlı vətəndaşlara müraciət etdi
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.
"Vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin.
Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırır.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin" - deyə müraciətdə qeyd olunub.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər








.webp)




























.jpg)
