Hadisə
Rusiya vurdu, Azərbaycan vətəndaşları həlak oldu
Neytral sularda qarğıdalı daşıyan və iki Rusiya pilotsuz uçuş aparatının zərbəsinə məruz qalan Türkiyə yük gəmisinin heyətinin tərkibinə Azərbaycan və Hindistan vətəndaşları da daxildir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində gəminin kapitanı ölüb. Daha bir ekipaj üzvünün taleyi məlum deyil. On bir ekipaj üzvü xilas edilib, onlardan biri yaralanıb.
V.Zelenski qeyd edib ki, Ukrayna Qara dənizdə gərginliyin azaldılması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə dəfələrlə konkret addımlar təklif edib.
Ukrayna lideri qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb və vurğulayıb ki, bu məsələdə maraqlı olan hər kəs gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərməlidir.
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə






































