Hadisə
Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istədi - Gürcüstanda saxlanıldı
Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində qatil tapmasını istəyib.
Məhkəmə qərarı əsasında keçirilən gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin keçmiş həyat yoldaşının 3 azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən olunub.
Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, saxlanılan şəxs əslən azərbaycanlı Rəfi Orucov adlı şəxsdir.
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?


















.jpg)
.jpg)


















