Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO
Bizi izləyin

Hadisə

Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO

Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO

Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var.

Publika.az xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib. Hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.

İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm