Nida Xəbər
Arzu Əliyeva “Yubiley gecəsi”ndə - Fotolar
Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert proqramını izləyib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.
Gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri, Əməkdar artistlər və “Rast” qrupu tamaşaçılara musiqi nömrələri təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Latviyanın məşhur müğənnisi Layma Vaykule də yubiley konsertində səhnəyə çıxıb.
Tədbir çərçivəsində Azərbaycan Televiziyasının görkəmli aparıcıları televiziya və radio tarixindəki xatirələrini bölüşüblər.
Yubiley gecəsində AzTV-nin zəngin arxiv materialları əsasında hazırlanmış filmlər nümayiş olunub. Həmçinin televiziyanın tamaşaçıların yaddaşında iz qoymuş məşhur teletamaşalarından səhnəciklər təqdim edilib.
Möhtəşəm yubiley gecəsi Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin və Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə başa çatıb.









-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO








.webp)




























