ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı
Bizi izləyin

Dünya

ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı

ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı

ABŞ və Türkiyə arasında F-35 qırıcılarının tədarükü ilə bağlı yeni razılaşma ehtimalı gündəmə gəlib.

Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzeti Vaşinqtonda Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı ikimərhələli planın müzakirə oluna biləcəyini yazıb.

Nəşrin iddiasına görə, planın ilk mərhələsində Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya və ya Moskvanın razılığı ilə üçüncü ölkəyə təhvil verməsi nəzərdə tutulur.

Bu şərtin yerinə yetirilməsi halında ABŞ-ın anbarlarda saxlanılan altı F-35 döyüş təyyarəsini Türkiyəyə verməsi və türk hərbi personalı üçün təlimləri bərpa etməsi mümkün ola bilər.

İkinci mərhələdə isə Vaşinqtonun Türkiyənin artıq S-400 sistemlərinə sahib olmadığını ABŞ Konqresinə rəsmən bildirməsi, bundan sonra Ankara ilə bağlı müdafiə sənayesinə tətbiq edilən sanksiyaların ləğvi və F-35 məsələsinin daha geniş müzakirəsi gözlənilir.

Nəşrə görə, bu addımdan sonra Türkiyənin daha böyük F-35 donanmasına sahib olması ilə bağlı danışıqlara başlanması da gündəmdədir.

Qəzet Türkiyənin NATO-dakı mövqeyinin, müdafiə sənayesi potensialının və regional təhlükəsizlikdəki rolunun Vaşinqtonun hesablamalarında mühüm amil olduğunu qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm