Bu, kiminsə Hitler haqqında “yaxşı dost” deməsi kimidir - Zelenskidən Trampa mesaj
Bizi izləyin

Dünya

Bu, kiminsə Hitler haqqında “yaxşı dost” deməsi kimidir - Zelenskidən Trampa mesaj

Bu, kiminsə Hitler haqqında “yaxşı dost” deməsi kimidir - Zelenskidən Trampa mesaj

Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın Vladimir Putini iki dəfə dostu adlandırmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, BBC müxbiri Sara Reynsford Zelenskidən müsahibə alarkən Trampın Putini dostu adlandırdığı zaman nə hiss etdiyini soruşub.

“Əlbəttə ki, bu, ABŞ prezidentinin işidir, amma... Qəribədir. Putin təcavüzkar və qatildir. O, dost ola bilməz. Sadəcə ola bilməz. Bu, İkinci Dünya Müharibəsi zamanı kiminsə Hitler haqqında “yaxşı dost” deməsi kimidir. Xeyr, o, dost deyil”, - deyə Zelenski bildirib.

Tramp 19 noyabrda Şençjendə keçirilən Çin-ABŞ-Rusiya sammitində Putini "dostum" adlandırıb. Daha sonra jurnalistlər Rusiya prezidentinin ABŞ-ın dostu olub-olmadığını soruşublar, lakin Tramp "Amerika adından danışa bilmədiyini" deyib. Daha sonra o, sosial mediada Çində Putinlə əl sıxarkən çəkdirdiyi şəkli "dostum" başlığı ilə paylaşıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm