Hadisə
Bakıda ŞOK - Valideynlərə qız əvəzinə oğlan uşağının meyitini verdilər - VİDEO
Sabirabad rayonunda oktyabr ayının 13-də doğulan qız
uşağına həkimlər oksigen çatışmazlığı diaqnozu qoyublar və təcili
əməliyyat olunmasını məsləhət biliblər.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynləri onu dərhal Bakıya gətirib, 8 gün əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməliyyat etdiriblər. Lakin körpə dünən dünyasını dəyişib. Meyiti Sabirabada aparan yaxınları onu dəfnə hazırlayarkən dəhşətə gəliblər. Meyit oğlan çıxıb.
Uşağın yaxınları indi öz qızlarını axtarırlar. Başqa ailənin oğlan
uşağının meyitini isə basdırıb-basdırmayacaqlarını bilmirlər.
İnstitutun Reanimasiya Şöbəsinin müdiri Solmaz Eyvazova cəsədin
Salyan rayonundan olan yeni doğulmuş və eyni xəstəlikdən əziyyət
çəkən oğlan uşağına məxsus olduğunu deyib. Həkimlər qol birkalarını
dəyişik saldığından meyitlər səhvən ayrı-ayrı rayonlara gedib.
Hadisəni mexaniki səhv adlandıran Solmaz Eyvazova salyanlı
valideynlərin hadisədən xəbərsiz olduğunu bildirib.
Bu səbəblə də səhvən qız uşağını oğlan adı ilə basdırıblar. Ailəyə
xəbər verildikdən sonra onlar qəbri qazıb və uşağı ordan
çıxardıblar.
Səhiyyə Nazirliyi uşaqların dəyişdirilməsi üçün nəqliyyat vasitəsi
ayırıb. Uşaqların meyitləri dəyişdirildikdən sonra torpağa
tapşırılacaq.
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO














.jpg)
















.png)

.jpg)






