Hadisə
Bakıda məktəbli məktəblinin qanını tökdü (YENİLƏNİB)
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Məktəbdən Publika.az-a bildirilib ki, hadisə məktəbdə yox, paytaxtda kafelərin birində baş verib: “Xəbərdə yazıldığı kimi hadisə bir neçə gün əvvəl yox, mayın 7-də, gecə 22-23 radələrində kafelərin birində baş verib. Rüstəm Camalovla Bayraməli İmanov qohumdurlar. Sözləri düz gəlməyib. Bizdə olan məlumata görə, hadisə söyüşə görə baş verib. Hadisədən sonra davamiyyətləri zəif olsa da, dərsə gəliblər. Hər ikisi də böyük summativlərini yazıblar. Hadisədən sonra direktor da onlarla söhbət aparıb. Onların heç birinin məktəbdə heç bir problemi olmayıb”.
***
Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov 14 yaşlı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gülxar
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)