Hadisə
Bakıda azyaşlı uşaq eyvandan yıxıldı
Bakıda uşaq binadan düşüb. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin V massivindəki binalardan birində qeydə alınıb.
Suraxanı rayonunun 33-cü Polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, azyaşlı Kərimova Zəhra binanın 3-cü mərtəbəsindəki yaşadığı evin pəncərəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Ağır vəziyyətdə olan uşaq dərhal qonşulardan birinin köməkliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.
Xəstəxandan bildirdilər ki, azyaşlının vəziyyəti ağırdır.
Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt uşaq evdə 6 yaşlı bacısı ilə birgə olub və evin qapısı da çöl tərəfdən bağlı olub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açaraq xəsarət alan azyaşlının bacısını xilas ediblər.
Valideynlərin uşaqları evdə qoyub qapını bağlayaraq işə getdikləri bildirilir.
Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)