Hadisə
Ağdamda piyada əleyhinə minalar tapılıb - FOTO
Ağdam rayonunda piyada əleyhinə minalar aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər rayonu
Cəmilli kəndi - 2 əkin və 6 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 23 mm-lik zenit mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.
Şıxarx kəndi - 2 ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 17 000 kv.m ərazi yoxlanılıb.
Qapanlı kəndi - 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Əfətli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 2 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq götürülüb, nəticə etibarilə 6000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 1750 kv.m ərazi yoxlanılıb.
İyunun 13-də 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 12 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 23 mm-lik zenit mərmisi) və 2 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq götürülüb və gün ərzində 37 750 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 13 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 598 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 526 ədəd partlamamış hərbi sursat, 13 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.









-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
Ekologiya11:57Qiyaməti xatırladan dəhşətli daşqın: Onlarla bina bir anda yox oldu - Video
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı

































.jpg)




