Hadisə
Qarqar çaydan piyada əleyhinə mina tapıldı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Qarqar çayında piyada əleyhinə 3 mina aşkarlanıb.
Bu barədə Publika.az-a Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov məlumat verib.
Onun sözlərinə görə, bu gün onlardan ikisi zərərsizləşdirilib,
sabah isə digəri zərərsizləşdiriləcək: “Minalar əsasən, çaydan
40-50 metr kənarda aşkarlanıb. Dünən isə kənd sakinlərinin verdiyi
məlumata görə, Xaçınçayda piyada əleyhinə bir mina partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb”.
Z.Qasımov ANAMA-nın axtarışlarının davam etdiyini bildirib.
Qeyd edək ki, ötən gün ermənilərin işğal altındakı Xaçınçay və
Sərsəng su anbarlarından təmas xəttində yerləşən Azərbaycan
kəndlərinə buraxılan suya mina atması barədə məlumat yayılıb.
Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatların güclü
axın nəticəsində daşlara dəyib partladığı bildirilirdi.
Gülxar
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO




































.jpg)

.jpg)