Hadisə
Tərtər və Ağdamda top mərmisi tapıldı - FOTO
Tərtər və Ağdam rayonlarında top mərmisi və mina aşkar edilib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Cəmilli kəndi - 1 əkin və 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.
Şıxarx kəndi - 4 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, nəticə etibarilə 25 000 kv.m ərazi yoxlanılıb.
(FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)
Ağdam rayonu
Əfətli kəndi - 1 əkin sahəsində (Qarqar çayının sahili) 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarilə 2000 kv.m ərazi yoxlanılıb. Aşkar olunmuş minanın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.
Qaradağlı kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 17 000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Qazaxlar kəndi - 1 əkin sahəsində 12 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 630 kv.m ərazi yoxlanılıb.
Horadiz şəhəri - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 1640 kv.m ərazi yoxlanılıb.
İyunun 14-də 4 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 28 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar olunaraq götürülüb və 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib, zəruri təhlükəsizlik tədbirləri görülüb və gün ərzində 56 270 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 14 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 602 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 528 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO