Hadisə
Sabirabadda çətənə kolları aşkarlandı
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları “Xaş-xaş 2016” tədbirlər planı çərçivəsində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Report xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində rayonun Surxayabad kənd sakini Şirxan İlham oğlu Həşimovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib.
Baxış zamanı 130 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Aqrotexniki qaydada becərilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq polis şöbəsinə aparılıb. Şirxan Həşimov törətdiyi cinayəti boynuna alıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO




































.jpg)

.jpg)