Hadisə
50 yaşlı Salyan sakini itkin düşüb – görənlər xəbər versin
Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ə.Xudaverdiyev iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxıb və evə qayıtmayıb.
Onun xarakterik əlamətləri belədir: boyu 150 sm., orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var.
Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.
Əbülfəz Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan Rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO




































.jpg)

.jpg)