Hadisə
Cəlilabadda meşə yandı
Bu gün saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyliyinin 16 saylı dolayının yüksək dağlıq ərazisində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal yerli qurumlarının əməkdaşları cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib və Nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 20 sot ərazini əhatə edib, quru ot və kol örtüyü yandığından meşə fonduna ziyan dəyməyib,.
Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırıb.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)