Hadisə
Sankt-Peterburqda kütləvi dava: Azərbaycan vətəndaşı öldürüldü - TƏFƏRRÜAT
Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.
Publika.az-ın verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə üzündən baş verdiyini açıqlayıb.
Məlumatda bunlar yer alıb: “Yerli vaxtla saat 13.30 radələrində əslən azərbaycanlı iki şəxs arasında münaqişə baş verib. Onlardan biri digərinə odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. Digəri isə xəstəxanaya yerləşdirilib”.
17:09
Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz bazasında baş verən kütləvi dava zamanı bir nəfər 43 yaşlı Azərbaycan vətəndaşı öldürülüb.
Publika.az “Fontanka” portalına istinadən xəbər verir ki, 200 nəfərlik kütləvi dava zamanı odlu silahdan da istifadə olunub.
Kütləvi davanın qarşısını almaq üçün əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. İnsidentdə iştirak edən şəxslərdən hazırda tutulanlar var.
Qeyd edək ki, kütləvi davada həlak olan Azərbaycan vətəndaşının adı hələlik açıqlanmayıb.
Vasif Həsənli
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)