Hadisə
Azərbaycanlı Rusiyada keçmiş arvadını və qayınanasını öldürdü
Rusiyanın Tolyatti şəhərində yaşayan azərbaycanlı keçmiş arvadını və qayınanasını qətlə yetirib.
Publika.az Ans press-ə istinadən xəbər verir ki, iyunun 16-da qeydə alınan hadisə şəhərin mərkəzində Avtozavodsk şossesi ərazisində baş verib.
Tolyatti şəhərində yaşayan 36 yaşlı azərbaycanlı Nuran İlman oğlu Musayev 22 yaşlı keçmiş həyat yoldaşı və onun 51 yaşlı anasını qətlə yetirib. Nuran Musayev həmçinin keçmiş qayınatasını bıçaqla ölümcül yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hazırda bəlli deyil. Musayev hadisəni törətdikdən sonra qaçaraq gizlənə bilib.
Bu gün şəhər merliyində keçirilən iclas zamanı Tolyatti polisinin rəis müavini Yevgeni Lbov Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirlərinin davam etdiyini bildirib.
Nuran Musayevin aralarında münaqişə olan keçmiş arvadına Tolyattidə mənzili aldığı və həmçinin qadının Nuran Musayevin onu təhdid etdiyi barədə polisə dəfələrlə şikayət etdiyi bildirilir. Bu münaqişələr hər dəfə "tərəflərin barışığı" ilə qurtarıb. Hazırda Nuran Musayev barədə axtarış elan edilib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)