Hadisə
Salyan sakini öz evini yandırıb
Salyanda yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhəri Ağa Mirbağır Ağazadə küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan Əli Nuriyevə məxsus fərdi yaşayış evi anidən alovlanaraq yanmağa başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Psixi pozuntusu olan Əli Nuriyevin evi özü yandırdığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO




























.jpg)







.jpg)

.jpg)