Hadisə
Deputatlar tətildə
Azərbaycanın Milli Məclisinin deputatları tətilə buraxılıb.
Bu barədə Publika.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Akif Təvəkküloğlu deyib ki, deputatlar iyunun 24-də keçirilən Milli Məclisin növbədənkənar plenar iclasından sonra tətilə çıxıblar.
Onun sözlərinə görə, millət vəkilləri avqustun 30-dək istirahətdə olacaqlar:
“Qanunvericiliyə uyğun olaraq, Milli Məclisin payız sessiyası isə sentyabrın 30-da başlayacaq”.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Vasif Həsənli
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO




























.jpg)







.jpg)

.jpg)