Hadisə
Narkotiklə tutulan şəxs polisə elə söz dedi ki... – FOTO/VİDEO
Abşeron Rayon Polis İdarəsi əməliyyatçıları daxil olan məlumat əsasında kirayə yaşadığı evdə kulisivasiya yolu ilə narkotik bitkilər əkib becərən şəxsi ifşa ediblər.
Publika.az xəbər verir ki, Xırdalan şəhəri Quşçuluq massivində yaşayan Pərviz İsmayılovun çətənə kollarını iki mərtəbəli tikilinin birinci mərtəbəsindəki otaqda 80 ədəd dibçəkdə yetişdirdiyi məlum olub.
42 yaşlı İsmayılov saxlanılıb. Dindirilmə zamanı Pərviz, narkotikə xəstəliyi ilə əlaqədar olaraq ehtiyacı olduğunu bildirib: “6-7 aydır bunlara başlayanı. Özümü üçün edirəm. Belimdə ağrılarım var. Cərrahiyyə əməliyyatı keçirmişəm. Dəmir var belimdə. O ağrı verir mənə. Ona görə. Mən “hepatit s” xəstəsiyəm. Birdəfəlik fikirləşdim ki, olsun. Biri var 3 dənə əkəsən, 2 aydan sonra yenə 3 dənə əkəsən, 5 dənə əkəsən. Dedim birdəfəlik edim, 5-6 il çatsın. O da ki, belə...”.
Abşeron polisi onu da müəyyənləşdirib ki, saxlanılan şəxs, 6 ay öz həyat yoldaşı ilə birlikdə yaşadığı kirayə evdən çölə çıxmayıb. Bunun səbəbi artıq məlumdur.
İndi azadlığını itirmək ehtimalı ilə üz-üzə qalan İsmayılov, əvvəllər də xuliqanlıq əməlləri ilə bağlı məhkumluq həyatı yaşayıb.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
































.jpg)




