Hadisə
3 manata görə qadını döydü
68 yaşlı qadının əl-qolunu bağlayıb, yüksək məbləğ tələb edən quldur cəmi 3 manat və mobil telefonla kifayətlənməli olub.
Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy sakini Elxan Pirverdiyev Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib.
Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən "qəhrəman" 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib.
Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törədən Gədəbəy rayon Şaxtaxtlı kənd sakini, əvvələr məhkum olumuş E.Pirverdiyev saxlanılıb. O, hadisəni törətməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib-içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib.
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
























.jpg)






.jpg)



