Hadisə
Bakıda vaqonlar relsdən çıxdı
Bu gün Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik “Baksol” adlanan ərazidə dəmiryolunda hərəkət edən yük vaqonları relslərdən çıxaraq, aşıb. Yük vaqonlarının aşması ərazidə hərəkətin məhdudlaşmasına səbəb olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bu faktı "Report"a təsdiqləyib.
O, bildirib ki, relslərdən çıxan yük vaqonları əvvəlcə "Baku Steel Company" MMC-yə yola düşüb, yükü boşaltdıqdan sonra təyinatı üzrə Keşlə dəmiryol stansiyasına hərəkət edib.
"Bu vaxt dəmiryol keçidində ağırtonnajlı yük maşını qabaritinə uyğun olmayan şəkildə dayanıb və qarşıdan gələn yük vaqonlarına toxunub. Nəticədə iki vaqonun hər birinin təkər cütü düşüb. Artıq əraziyə lazımi qüvvələr cəlb edilib. Təxminən 20 dəqiqəyə bağlanan yolda hərəkət bərpa olunacaq", - deyə N. Əzməmmədov əlavə edib.
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO



































.jpg)

.jpg)