Hadisə
Dünən 6 nəfəri gün vurub
Son günlər havaların isti keçməsi ilə əlaqədar təcili yardıma günvurma ilə bağlı müraciətlərin sayı artıb. Təkcə ötən gün 6 nəfər bununla bağlı müraciət edib. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, iyul ayından bu günə qədər günvurma ilə bağlı ümumilikdə 24 müraciət olub. Müraciət edənlərdən 8-i xəstəxanaya yerləşdirilib: “Ötən günə qədər müraciətlər tək-tək olurdu. Bu da hava şəraiti ilə bağlıdır. Bu il yay fəsli çox da isti keçmir, son günlər havanın temperaturu nisbətən yüksəldiyindən müraciətlərin də sayında artım müşahidə edirik. Günvurma ilə müraciət edənlər arasında uşaqlar da var.”.
R.Nağıyev onu da əlavə edib ki, bu il ilansancma ilə bağlı müraciətlərin sayı azalıb: “Bu il yay fəsli ərzində 22 nəfər ilansancma ilə müraciət edib. Onlardan 19-u xəstəxanaya yerləşdirilib”.
Gülxar
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır



































.jpg)

.jpg)