Hadisə
Özünü yandıran gənc 40 yaşlı qadını sevirmiş - TƏFƏRRÜAT (YENİLƏNİB)
İsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü
yandıran gəncin intihar olayına aydınlıq gətirib.
Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, Elnur Dəmirov
İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın
üstünə yıxılıb yandığını deyib: “Burada vəziyyəti ağırlaşdı, Bakıya
apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı. Dedi
ki, özünü öldürmək kimi bir niyyəti olmayıb”.
Prokurorluqdan onu da əlavə ediblər ki, E.Dəmirovun sevdiyi qızı
ona verməmələri ilə bağlı yayılan məlumatlar şayiədir: “Orada başqa
məsələlər var. Elnur bir qadına vurulub, onun da 40 yaşı var. Həmin
qadının da Elnur boyda uşağı var. Elçiliklə bağlı yayılan
məlumatlar hələki təsdiqini tapmayıb. Bütün bunlar araşdırılacaq və
onun yanmasının əsl səbəbi sonra bilinəcək”.
***
15:15
İsmayıllı rayonunda dəhşətli intihar hadisəsi baş verib.
AzVision.az-ın məlumatına görə, ötən gün rayon sakini 29 yaşlı
Elnur Dəmirov özünü yandıraraq həyatına qəsd edib.
Ağır yanıq xəsarətləri alan gənc Respublika Yanıq Mərkəzinə
gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək
mümkün olmayıb.
“Xəstənin vəziyyəti çox ağır idi. Onun həyatını xilas etmək üçün
əlimizdən gələni etdik. Təəssüflər olsun ki, yardımlarımıza
baxamayaq, xəstə dünyasını dəyişdi”-deyə xəstəxanadan
bildirilib.
Əldə etdiyimiz məlumata görə, Elnur Dəmirov sevdiyi qıza görə
intihar edib. Sakinlərin sözlərinə görə, 29 yaşlı oğlan özün
sevdiyi qızın evinin qarşısında yandırıb.
“Elnur həmin qızla ailə həyatı qurmaq istəyirdi. Amma qızın valideynləri buna razı deyildilər. Elnur sevdiyi qıza qovuşa bilmədiyi üçün bir neçə dəfə özünü öldürəcəyini demişdi. Heç kim buna inanmırdı. O, sonucu dəfə sevdiyi qızgilə gedib, bu dəfə də razılıq ala bilməyib. Bundan qəzəblənən Elnur üstünə benzin törərək yandırıb”.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır



































.jpg)

.jpg)