Hadisə
Pul, telefon, akkumulyator, boru oğruları tutuldu
Ötən gün paytaxtda və bəzi rayonlarda oğurluq edən 9 nəfər tutulub.
Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tutulan şəxslər akkumulyator, mobil telefon, pul və hətta dəmir borular oğurlayıblar.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon sakini Zakir Ələsgərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Atayev tutulub.
Ötən gün həmçinin Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Bakı şəhər sakini Şoraslan Əsədliyə məxsus “Hyundai” markalı avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sərxan Məlikov tutulub.
Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Rüstəm Kuzukova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Elvin Nəcəfov tutulub.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Bakı şəhər sakini Zaur Əsgərovun həyətindən 90 metr uzunluğunda dəmir boru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nicat Əliyev tutulub.
Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ 19-cu PB və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 12-də Elmir Hacıyevə məxsus evdən pul və 2450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Məmmədov tutulub.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Bakı şəhər sakini Mircavid Məmmədova məxsus mağazadan 108 manat pul oğurlamaqda şübhəli bilinənlər paytaxt sakini Natiq Əliyev və Oğuz rayon sakini Ülvi Qurbanlı tutulub.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də avtobusda Bakı şəhər sakini Vahidə Həşimovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Həmidov tutulub.
Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Elxan Ələkbərliyə məxsus mağazadan 493 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahmurad Xudaverdiyev saxlanılıb.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
