Hadisə
Saday Şəkərlinin cəzası azaldıldı - 2 DƏFƏ
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli barəsində olan hökmdən şikayətə baxılıb.
"Report" xəbər verir ki, qərara əsasən, S.Şəkərlinin itiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub. Onun cəzası 10 ildən 5 ilə endirilib.
Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
