Hadisə
Samur-Abşeron kanalında batan şəxsin meyiti tapıldı
Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarılıb. Aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:40-da başa çatıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində, 1 nəfərin isə Sumqayıt şəhər, H. Z. Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub. Vətəndaşların axtarışına başlanılıb.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
