Hadisə
Azərbaycanlı Moskvada evakuatorla "Mercedes" oğurlamaq istədi
Moskvada polis evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlını saxlayıb.
Virtualaz.org bildirir ki, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi xəbər yayıb.
Xəbərdə deyilir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan "Mercedes" markalı avtomobilini qorunmayan dayanacaqdan kiminsə oğurlamağa çalışması haqda məlumat verib və kömək istəyib.
Polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıblar.
Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi, ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb. Amma əməliyyatçılar ona niyyətini axıradək reallaşdırmağa imkan verməyiblər.
Faktla bağlı cinayət işi açılıb.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
