"Panatinaikos"un baş məşqçisi: "Bizi ancaq qələbə qane edəcək"
Bizi izləyin

İdman

"Panatinaikos"un baş məşqçisi: "Bizi ancaq qələbə qane edəcək"

Hər bir komandanın keçdiyi yolda çətinlik olur. İstənilən oyuna hazırıq. Heç bir komanda eyni xətt üzrə getmir. “Qəbələ” ilə oyunun bizim üçün xüsusi önəmi var”.

Publika.az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

- Komandanızda bəzi zədəli futbolçular var. Sabahkı oyunda bunun çətinliyini yaşaya bilərsiniz?

- Elə də çətinliyimiz yoxdur. Öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. Bu heyətimiz də mübarizə aparmaq əzmindədir.

- Çatışmayan futbolçuların yoxluğu rəqibin oyununa nə kimi təsir edəcək?

- İstənilən halda biz öz gücümüzü göstərəcəyik. Rəqibə yox, öz oyunumuza fikir verməliyik.

- Sizi hansı nəticə qane edəcək?

- Ancaq qələbə.

- Üzünüzdə təbəssüm var. Bu, arxayınlıq əlamətidir, yoxsa necə?

- Nə dərəcədə rahat göründüyümü bilmirəm. Ancaq Avropa Liqasında asan oyun olmur. Komandama inamıma gəldikdə isə bəli, futbolçularıma güvənirəm.

- “Qəbələ” haqda məlumatlısınız?

- Azərbaycan futbolu haqda elə də məlumatlı deyildik. Ancaq “Qəbələ”nin son oyunları, xüsusilə də “Apollon”la görüşündən sonra rəqibə bələd olduq. Artıq “Qəbələ” bizim üçün tanınmış rəqibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm