İdman
“AZAL” ilk qələbəsini qazanıb
Bu gün Topaz Premyer Liqasının yeddinci turuna start verilib. Turun ilk görüşündə bu mövsüm hələ ki qələbə qazana bilməyən “AZAL” komandası öz meydanında “Rəvan” klubunu qəbul edib.
Publika.az xəbər verir ki, oyun “AZAL” kollektivinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “AZAL Arena”da keçən görüşdə yeganə qolun müəllifi Nuqzar Kvirtia olub.
Oktyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda “AZAL” komandası “Neftçi” ilə qarşılaşacaq.
Bir gün sonra isə üç qarşılaşma olacaq. Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Sumqayıt” klubunu, “İnter Arena”da isə “İnter” “Qarabağ”ı qəbul edəcək.
Turun Qəbələ şəhər stadionunda keçiriləcək sonuncu görüşündə “Qəbələ” və “Xəzər Lənkəran” kollektivləri üz-üzə gələcək. Saat 21:00-da başlayacaq oyunun baş hakimi Rəhim Həsənov olacaq.
Hazırda “Qarabağ” 14 xalla çempionatın vahid lideridir. “İnter” və “Qəbələ” klubları 13 xalla ikinci-üçüncü yerləri bölüşürlər.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR














.jpg)























