İdman
Dörd boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib
Oktyabrın 10-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatında dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan milli komandasının dörd boksçusu yarımfinala yüksəlib.
Əvvəlcə Abdulqadir Abdullayev (91 kq) azarkeşləri qələbə ilə sevindirib. Boksçumuz dörddəbir finalda argentinalı Yamil Peralta ilə dueldən qalib ayrılıb - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Erislandi Savonla üz-üzə gələcək.
Elvin Məmişzadə (52 kq) çempionatda növbəti görüşünü də qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb. İdmançımız bu çəki dərəcəsində dörddəbir finaldakı rəqibi Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşmada vaxtından əvvəl qalib gəlib.
Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) fransalı Sofian Oumihanu məğlub edib - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Latsaro Alvereslə üz-üzə gələcək.
Pərviz Bağırov (69 kq) isə dörddəbir finalda Pekin Olimpiadasının bürünc, London Olimpiadasının isə qızıl medalçısı, 2009-cu ilin dünya çempionu Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gəlib. Üç raunddan sonra hakimlər həmyerlimizin üstünlüyünü qeydə alıblar - 2:1.
Beləliklə, hər dörd idmançımız dünya çempionatının ən azı bürünc medalını təmin ediblər.
Boksçularımızdan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenzo Sotomayor (64 kq) dörddəbir final mərhələsində mübarizəni dayandırıblar.
Yarımfinal görüşləri oktyabrın 11-də oynanılacaq.
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu








.jpg)










.webp)
















