2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Bizi izləyin

İdman

2016-ya damğa vuracaq hadisələr - PROQNOZ

Təxminən 3 gündən sonra 2016-cı təqvim ili start götürəcək. Hələ ki, hamının başı 2015-də olanları xatırlamağa qarışıb. Amma biz ənənəni pozmaq qərarına gəldik - futbol aləmində.

Publika.az 2016-cı ilin ən yaddaqalan futbol hadisələrini indidən proqnozlaşdırıb.

“Lester” - İngiltərə çempionu

Son illər futbolda baş verənlərə fikir vermisiz? Hər dəfə bir sürprizlə qarşılaşırıq. İki il əvvəl “Atletiko" İspaniya çempionu olmaqla futbolsevərləri yaxşı mənada təəccübləndirdi. Ondan əvvəl Almaniyada “Bavariya”nın hegemonluğuna son qoyan və Yürgen Kloppla Çempionlar Liqasının finalına kimi irəliləyən Dortmund “Borussiya”sı dünyanın sevimli klubuna çevrildi. “Lester” nağılı isə daha maraqlıdır. 2016-cı ilin ən böyük sensasiyasını İngiltərə çempionatından gözləyin.

İbrahimoviç - ÇL-in qalibi

Stiven Cerrard və İngiltərə çempionluğu, Lionel Messi və dünya çempionluğu nə deməkdirsə, Zalatan İbrahimoviç və Çempionlar Liqası da eyni mənanı daşıyır. İlk baxışdan əlçatmaz görünən bu mifi 2016-cı ildə Zlatan dağıda bilər. Yayda isveçli qoleador bu suala cavab tapa bilsə, möhtəşəm karyerasına unudulmaz rəng qatacaq.

Joze Mourinyo (Mançester Y), Pep Qvardiola (Mançester S)

Son illər İngiltərə Premyer Liqası böyük futbolçular itirib: Beyl, Suares, Di Mariya, Teves, Lempard. Onların yerinə Aleksis Sançes, Özil, De Bruyne kimi ulduzlar gəlib. Qalan bütün ən yaxşı futbolçular İspaniya, Almaniya və Fransada top qovur. İngilislər buna necə cavab verəcək? Cavab sadədir: Premyer Liqada müasir dövrün ən güclü baş məşqçiləri toplaşacaq. Bir anlıq təsəvvür edin ki, Qvardiola, Mourinyo, Klopp, Venger və Dieqo Simeone eyni zamanda Premyer Liqada işləyir. Sonra bura Klaudio Ranyerini və Roberto Martinezi də əlavə edin...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm