Nida Xəbər
Azərbaycanla bu ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edildi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Publika.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.
C. Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada "ASAN xidmət" modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.
Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatın sədrlik institutu və "troyka" mexanizmi çərçivəsində əməkdaşlığın faydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramları çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrinin Azərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarından faydalandığı məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
C. Bayramov keçmiş münaqişə, post-münaqişə dövründə regionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri nəzərdən keçiriblər.
Eyni gündə, Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə XİN-in Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryem rəhbərlik edib.
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü







.jpg)



.jpg)


























