İdman
ÇL-də qalmaqal: Rəqibin saçından tutub saxladı, ara qarışdı - Video
Qadınlar arasında Çempionlar Liqasının 1/4 finalında “Arsenal” və “Çelsi” arasında keçirilən oyun təkcə “topçular”ın yarımfinala yüksəlməsi ilə deyil, həm də yüksək səviyyəli hakim qalmaqalı ilə başa çatdı.
Publika.az xəbər verir ki, diqqət Keti Makkeyb və Alissa Tompsonun iştirak etdiyi insidentə yönəldi. “Çelsi”nin oyunçusu hücum edərkən Makkeyb onun saçından tutaraq dartdı. Tompson kəskin şəkildə yıxıldı, lakin hakim qırmızı vərəqə göstərmədi.
VAR da müdaxilə etmədi və bu, yalnız alovun üzərinə yağ tökdü. Bu arada, “Çelsi”nin baş məşqçisi Sonia Bompastor həddindən artıq etiraz etdiyinə görə özündən çıxdı və meydandan qovuldu. Matçdan sonra Bompastor sözün əsl mənasında qəzəbdən qaynayırdı və hətta müsahibə zamanı jurnalistlərə anın təkrarını göstərmək üçün telefonunu çıxardı:
“Bu, kifayət deyil?. Əgər VAR varsa, niyə bu vəziyyətlərə baxılmır?”
Makkeyb isə sosial mediada özünü müdafiə edərək bildirib ki, əslində rəqibinin saçından yox, formasından tutmaq niyyətində olub. “Arsenal” ümumi hesabda 3-2 hesablı üstünlüyünü qoruyub saxlayıb və turnirin yarımfinalına yüksəlib.
No card was shown to Katie McCabe after she stopped Alyssa Thompson’s run with a hair pull pic.twitter.com/7JKeHVfXt4
— ESPN UK (@ESPNUK) April 1, 2026
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək




































