İdman
AL-də ilk mərhələyə yekun vurulur - BU GÜN
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, bu gün turnirdəki 3 təmsilçimiz də cavab oyununa çıxacaq.
"Neftçi" "Baltsan"la evdə, "Kəpəz" və "Qəbələ" isə müvafiq olaraq "Daçiya" və "Samtredia"yla səfərdə mübarizə aparacaq.
Bu gün klublarımızın növbəti mərhələdəki potensial rəqiblərinin kimliyinə də aydınlıq gələcək.
"Qəbələ"nin potensial rəqibləri - MTK (Macarıstan) və "Aktobe" Macarıstanda münasibətlərinə aydınlıq gətirəcəklər. Bu komandalar arasında Qazaxıstanda keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
"Neftçi"nin 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri "Şkendiya" (Makedoniya) və "Krakoviya" (Polşa) isə Polşada münasibətlərinə aydınlıq gətirəcəklər. İlk oyunda 2:0 hesabıyla qalib gələn makedonların mərhələ adlamaq şansları daha çox görünür.
"Kəpəz" "Daçiya" səddini aşacağı təqdirdə qarşılaşacağı "Admira" - "Spartak" cütünün qalibinə isə Slovakiyada keçiriləcək oyunda aydınlıq gələcək. Bu komandalar arasında Avstriyada keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
7 iyul
16:00 Ordabası (Qazaxıstan) - Çukariçki (Serbiya) (ilk oyun
0:3)
17:00 Şirak (Ermənistan) - Dila (Gürcüstan) (0:1)
18:45 Kayrat (Qazaxıstan) - Teuta (Albaniya) (1:0)
19:00 Daçiya (Moldova) - Kəpəz (Azərbaycan) (0:0)
19:00 Pünik (Ermənistan) - Europa (Cəbəllütariq) (0:2)
19:00 Samtredia (Gürcüstan) - Qəbələ (Azərbaycan) (1:5)
19:00 Spartak M (Slovakiya) - Admira (Avstriya) (1:1)
19:30 Rudar (Monteneqro) - Kukesi (Albaniya) (1:1)
19:30 Yelqava (Latviya) - Breydablik (İslandiya) (3:2)
20:00 Debretsen (Macarıstan) - La Fiorita (San-Marino) (5:0)
20:00 Lokomotiv (Xorvatiya) - Santa Koloma (Andorra) (3:1)
20:00 Mariehamn (Finlandiya) - Odd (Noeveç) (0:2)
20:00 Neftçi (Azərbaycan) - Baltsan (Malta) (2:0)
20:00 Nomme Kalyu (Estoniya) - Trakai (Litva) (1:2)
20:00 Radnik (Bosniya və Herseqovina) - Beroe (Bolqarıstan)
(0:0)
20:00 Rovaniemi (Finlandiya) - Şemrok Rovers (İrlandiya) (2:0)
20:00 Spartak (Latviya) - Dinamo (Belarus) (1:2)
20:00 Zaqlebiye (Polşa) - Slaviya (Bolqarıstan) (0:1)
20:00 HİK (Finlandiya) - Atlantas (Litva) (2:0)
20:00 MTK (Macarıstan) - Aktobe (Qazaxıstan) (1:1)
20:30 Brondbü (Danimarka) - Valyur (İslandiya) (4:1)
20:30 Fola (Lüksemburq) - Aberdin (Şotlandiya) (1:3)
20:30 Omoniya (Kipr) - Banants (Ermənistan) (1:0)
20:30 Qoritsa (Sloveniya) - Makkabi Təl-Əviv (İsrail) (0:3)
20:45 Beytar (İsrail) - Sloboda (Bosniya və Herseqovina) (0:0)
21:00 Buduçnost (Monteneqro) - Rabotniçki (Makedoniya) (1:1)
21:00 Torshavn (Farer adaları) - Levadiya (Estoniya) (1:1)
21:00 Slovan (Slovakiya) - Partizani (Albaniya) (0:0)
21:00 Stabek (Norveç) - Konna Kvey (Uels) (0:0)
21:00 Suduva (Litva) - Midtyulland (Danimarka) (0:1)
21:00 Zarya (Moldova) - Videoton (Macarıstan) (0:3)
21:30 Bala Taun (Uels) - AİK (İsveç) (0:2)
22:00 Hibernians (Malta) - Spartak T (Slovakiya) (0:3)
22:00 Krakoviya (Polşa) - Şkendiya (Makedoniya) (0:2)
22:00 Landudno (Uels) - Höteborq (İsveç) (0:5)
22:00 Şaxtyor (Belarus) - Runavik (Farer adaları) (0:2)
22:00 Sileks (Makedoniya) - Vaduts (Lixtenşteyn) (1:3)
22:00 Vikinqur (Farer adaları) - Ventspils (Latviya) (0:2)
22:00 Voyvodina (Serbiya) - Bokelj (Monteneqro) (1:1)
22:30 Folqor (San-Marino) - AEK (Kipr) (0:3)
22:30 Lusitanos (Andorra) - Domjale (Sloveniya) (1:3)
22:45 Kliftonvill (Şimali İrlandiya) - Differdanj (Lüksemburq)
(1:1)
22:45 Kork Siti (İrlandiya) - Linfild (Şimali İrlandiya) (1:0)
22:45 Qlenavon (Şimali İrlandiya) - Reykyavik (İslandiya) (1:2)
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO






















.webp)










