İdman
RİO-2016: Təşkilatçılar bilet satışından məmnundur
XXXI Yay Olimpiya Oyunlarının başlamasına 3 həftə vaxt qalıb. Artıq bilet satışlarında da artım hiss olunmağa başlayıb.
Publika.az xəbər verir ki, Olimpiadanın Təşkilat Komitəsi biletlərin 70 faizinin satıldığını bildirib. Qeyd edək ki, Olimpiya Oyunları üçün ilk bilet satışı məntəqəsi iyunun 20-də Rio-de-Janeyroda açılıb. Bundan əvvəl isə yerli əhali biletləri yalnız Rio-2016-nın Təşkilat Komitəsinin rəsmi saytı vasitəsi ilə ala bilirdi. Bu da yalnız braziliyalılara şamil olunurdu. Kassada isə milliyyətindən asılı olmayaraq hər kəs bilet ala bilər. Eyni zamanda, Təşkilat Komitəsində qeydiyyatdan keçmiş müxtəlif şirkətlərin vasitəçiliyi ilə dünyanın hər yerindən onlayn bilet almaq mümkündür.
“70 faiz bilet satışı bizim gözlədiyimiz qrafiki üstələyir. Bu, yaxşı haldır. Hər cümə axşamı yeni biletlər satışa çıxır. Məqsədimiz qalan 1,7 milyon biletin hamısını satmaqdır”, - deyə təşkilat komitəsinin nümayəndəsi bildirib.
Rio-2016 avqustun 5-21-də keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunacaq ilk Olimpiadadır. Paralimpiada isə sentyabrın 7-18-i aralığında olacaq.
Pərviz Hikmət
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO






















.jpg)















