İdman
Nazirin “qələmi qırıldı” - Putin bəyanat yaydı
Rusiya prezidenti Vladimir Putin VADA-nın müstəqil komitəsinin Rusiya idmanındakı dopinq maxinasiyaları ilə bağlı hesabatına münasibət bildirib.
Publika.az xəbər verir ki, prezidentin saytında yerləşdirilən bəyanatda bildirilir ki, bu məsələdə VADA-ya Rusiya dövləti tərəfindən hər cür dəstək veriləcək. Putin günahkar şəxslərin hamısının vəzifədən azad olunacağını və cəzalandırılacağını bildirib. Bunun üçün VADA-dan daha geniş və obyektiv hesabat istənilib. Hesabatda adı çəkilən, dopinq maxinasiyalarında iştirakı sübut olunan bütün şəxslər vəzifələri ilə vidalaşmalı olacaq.
VADA-nın araşdırmalarına görə, 2014-cü ildə Soçidə keçirilən qış olimpiya oyunlarından əvvəl və sonra Rusiya idmançıları dopinqdən istifadə ediblər. Bu iş sistemli şəkildə, dövlət məmurlarının göstərişi əsasında həyata keçirilib. Dopinq maxinasiyalarına Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun rəhbərlik etdiyi bildirilir.
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO






















.jpg)















