İdman
Avropa çempionu uduzdu, Fransa Belarusa bata bilmədi
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında A, B və H qruplarında da ilk oyunlar keçirilib.
Publika.az xəbər verir ki, A qrupunun ən maraqla gözlənilən oyunu Solnada baş tutub. Burda İsveç Hollandiya millisini qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. A qrupunun digər oyununda isə Fransa Borisovda Belarusla qolsuz bərabərə qalıb. Bolqarıstan və Lüksemburq arasındakı oyunda isə 7 qol vurulub. Bolqarlar qələbəni 92-ci dəqiqədə vurulan qolla qazanıblar - 4:3.
B qrupunda İsveçrə millisi son Avropa çempionu Portuqaliyanı məğlub edib - 2:0. Bu qrupun digər oyunlarında Andorra Latviyayla, Farer adaları isə Macarıstanla qarşılaşıb. Latviya "cırtdanlar"ı minimal hesabla məğlub edib. Farer adaları isə gözlənilmədən son Avropa çempionatının iştirakçısı Macarıstandan xal alıb - 0:0.
H qrupunda Yunanıstan Cəbəllütariqi (4:1), Bosniya və Herseqovina Estoniyanı (5:0), Belçika isə Kipri (3:0) darmadağın edib.
DÇ-2018. Seçmə mərhələ, 1-ci tur
Avropa zonası
6 sentyabr
A qrupu
Belarus - Fransa 0:0
Bolqarıstan - Lüksemburq 4:3
Rangelov, 16. Marselinyo, 65. Popov, 79. Tonev, 90+2 - Turpel, 60. Yoaxim, 62. Bonhert, 90+1.
İsveç - Hollandiya 1:1
Berq, 43 - Sneyder, 67.
B qrupu
Andorra - Latviya 0:1
Sabala, 48.
Farer adaları - Macarıstan 0:0
İsveçrə - Portuqaliya 2:0
Behrami, 24. Mehmedi, 30.
H qrupu
Bosniya və Herseqovina - Estoniya 5:0
Spahiç, 7. Dzeko, 23-pen. Medunyanin, 71. İbişeviç, 83. Spahiç, 90+2.
Kipr - Belçika 0:3
Lukaku, 13; 61. Karrasko, 81.
Cəbəllütariq - Yunanıstan 1:4
Uolker, 26 - Mitroqlu, 10. Vizeman, 44-avtoqol. Fortunis, 45. Torosidis, 45+2.
-
Magazin106:16“Darıxmışam deyim ki…” - FOTO
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var




































