İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
Bizi izləyin

İdman

İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR

“İnter” – “Yuventus” matçında baş verən hakim səhvi artıq bir neçə həftədir müzakirə olunur. Bu da təsadüfi deyil: Federiko La Pennanın diqqətsizliyi və Alessandro Bastoninin simulyasiyası Pyer Kalulunun meydandan qovulmasına və Kristian Kivunun komandasının 3:2 hesablı qələbəsinə səbəb olub.

Publika.az xəbər verir ki, qalmaqal həqiqətən də A Seriyasında ilk dördlük uğrunda mübarizəyə təsir göstərə bilər. Buna görə də “Yuve” rəsmiləri və azarkeşləri La Pennanın uzunmüddətli diskvalifikasiya olunmasını və hakimlər komitəsinin rəhbəri Canluka Rokkinin istefasını tələb edirlər.

İtaliya futbolunun aşağı liqalarını izləyən azarkeşlər isə hakim kadrlarının məhz həmin liqalardan axtarılmasını təklif edirlər. Hətta artıq bir namizəd də tapılıb - Culiana Vicile.

Culiana Serie D oyunlarına təyinat alır. İtaliya futbolunun dördüncü liqasında yan xətt hakimi funksiyasını yerinə yetirir. Bundan əvvəl o, “Eccellenza” adlanan turnirin, beşinci divizionunun matçlarında kifayət qədər təcrübə qazanıb. Orada sarı-narıncı bayraqla işlədiyi oyunlarda yaxşı təsir bağışladığı üçün daha yuxarı liqaya yüksəlib.

Culiananın 24 yaşı var. Ötən ilin sonunda onun fotoları internetdə sürətlə yayılıb və "İnstaqram" sosial şəbəkəsində 167 min izləyicisi var. Həvəskar liqada çalışan yan xətt hakimi üçün bu, kifayət qədər böyük göstəricidir.

Görünür o, artıq peşəkar futbola doğru addım atmağa hazırdır. Sosial şəbəkədəki profilində belə bir ifadə yazılıb: “Təzyiq - bu imtiyazdır”.

Culiana Çezena şəhərində doğulub və təbii ki, eyniadlı - “Çezena” klubunun azarkeşidir. Bu klub on il əvvəl İtaliya futbolunun elit divizionunda çıxış etsə də, sonradan iflas edib. 2018-ci ildə yenidən qurulan komanda hazırda B Seriyasında mübarizə aparır.

Qız tez-tez “Çezena”nın ev oyunlarında tribunada görünür. Hətta tiffozilər ona 12 nömrəli forma da hədiyyə ediblər. Azarkeşlər onun bir gün İtaliyanın əsas liqasında hakim kimi çalışacağı günü səbirsizliklə gözləyirlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm