İranla müharibə ABŞ-da terror dalğasına səbəb ola bilər
Bizi izləyin

Dünya

İranla müharibə ABŞ-da terror dalğasına səbəb ola bilər

İranla müharibə ABŞ ərazisində silsilə terror aktları ilə nəticələnə bilər.

Publika.az xəbər verir ki, bunu siyasi ekspert Yuri Samonkin News.ru portalına müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, Vaşinqtonun Tehran üzərində hərbi-texniki qələbəsindən danışmaq hələ tezdir. O vurğulayıb ki, İran Liviya, Suriya və ya Yuqoslaviya kimi deyil və onu yalnız hava əməliyyatları ilə tam məğlub etmək mümkün olmayacaq.

Samonkin hesab edir ki, ABŞ prezidenti Donald Trump Yaxın Şərqdə üstünlük nümayiş etdirməklə daha çox ictimaiyyətə hesablanmış addımlar atır. Onun fikrincə, İran xalqı yeni ali lider ətrafında və əvvəlki rəhbər Əli Xameneinin ölümü fonunda daha da sıx birləşib.

Ekspert xəbərdarlıq edib ki, İslam dünyasının nümayəndələrini həddindən artıq qəzəbləndirmək ABŞ üçün ağır nəticələr doğura bilər və ölkə ərazisində 11 sentyabr hadisələrinə bənzər terror aktlarının təkrarlanması ehtimalı yarana bilər.

Onun sözlərinə görə, əsas təhlükə radikal qruplaşmaların reaksiyasındadır. Bu qüvvələr münaqişənin eskalasiyasını Trampın bütün İslam dünyasına qarşı müharibəsi kimi qəbul edə bilər ki, bu da yeni terror dalğasına təkan verər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm