İdman
MLS-də mərc qalmaqalı: Nəriman Axundzadənin klubunda görün nələr baş verib
ABŞ-ın əsas futbol liqası MLS qanalı futbolçular Derrik Cons və Yo Yeboanın idman mərc oyunlarında iştirak etdiklərinə görə ömürlük diskvalifikasiya olunduqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, onlar hətta öz oyunlarına da mərc ediblər.
Araşdırma şübhəli aktivliklə bağlı xəbərdarlıqlardan sonra başlayıb. Yoxlamanın nəticələrinə görə müəyyən edilib ki, “Kolambus Kryu” klubunda komanda yoldaşı olan futbolçular 2024 və 2025-ci il mövsümlərində futbol oyunlarına mərc ediblər.
MLS bildirib ki, mərclərin oyunların nəticələrinə təsir göstərdiyinə dair sübut tapılmayıb. Lakin liqa bir epizodu aşkar edib. Hər iki oyunçu 19 oktyabr 2024-cü ildə “Nyu-York Red Bulls”a qarşı keçirilən matçda Derrik Consun sarı vərəqə alacağına mərc edib və nəticədə bu hadisə baş verib.
Bundan başqa, futbolçuların digər mərc iştirakçılarına meydandakı hərəkətləri ilə bağlı məxfi məlumatlar ötürməsi ehtimalı da var.
MLS komissarı Don Qarber bildirib ki, liqa yarışların ədalətliliyini qorumaqda qətiyyətlidir və ABŞ-ın bütün ştatlarında sarı vərəqələrə mərc edilməsinin qadağan olunmasının tərəfdarıdır.
Qeyd edək ki, ötən ay Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə “Qarabağ”dan “Kolambus Kryu” klubuna transfer olunub.
Heybət
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



