İdman
Prezident efirə lüt çıxacaq... - SÖZ VERDİ
Elə komandalar var ki, oynadığı futbolun keyfiyyətinə görə pərəstişkarları gündən-günə artır. Ötən il gözlənilmədən İngiltərə çempionu olan “Lester”in də xeyli neytral azarkeşi var.
Publika.az xəbər verir ki, İngiltərə futbolunun canlı əfsanələrindən biri Harri Lineker də “Lester” heyranıdır. O, bu klubun yetirməsi olub və hazırda da fəxri prezidentdir. Lineker şəxsi “Twitter” hesabından maraqlı paylaşım edib: “Lester” titulunu qorusa, “Match of the Day” verilişinin növbəti mövsümdə ilk buraxılışına lüt çıxacam. Şirer və Rayti də çubuqla məni döyərlər”.
Xatırladaq ki, ötən ilin dekabrında Lineker “Lester” çempion olacağı təqdirdə, verilişə alt paltarı ilə çıxacağına söz vermişdi. Klaudio Ranyerinin komandası yekunda qızıl medalları qazandı və Lineker də sözünün üstündə durdu.
İngiltərə Premyer Liqasının son turunda “Lester” doğma divarlar arasında “Vest Bromviç”ə boyun əyib (1:2). 13 turdan sonra lider “Liverpul”dan 14 xal geri qalan “Tülkülər” turnir cədvəlində 14-cü pilləyə düşüb.
Pərviz Hikmət

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
