İdman
""Qarabağ" haqda məlumat yığmaq çətin olmayacaq" - "Kopenhagen" rəsmisi
"Beş mümkün rəqibimizdən ən güclüsü "Riyeka" idi. Bizim üçün digər 4 komanda təxminən eyni səviyyəli görünürdü".
Publika.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun texniki direktoru Yohan Lanqe deyib.
O, Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib və Azərbaycan çempionu "Qarabağ"la görüşməkdən razı qaldığını bildirib:
"Pley-off0da asan oyun olmur. Biz artıq III təsnifat
mərhələsində də zəif rəqib olmadığını gördük. İlk oyunun evdə
keçirilməsini istəyərdik. Amma püşk fərqli nəticələndi. Bu isə o
deməkdi ki, bizi uzun səyahət gözləyir. Həmçinin isti hava, saat
fərqi də əlavə çətinliklər yaradacaq. Artıq rəqib haqda məlumat
toplayıb. Onu təhlil etməyə başlayacağıq. Biz əvvəllər daha qısa
zaman kəsiyində də bunu etmişik. Ona görə də rəqib haqda məlumat
yığmaq çətin olmayacaq. Onların qarşıda çempionat matçı olduğundan
xəbərim var. Bakıya gedib, "Qarabağ"ı izləməliyik".
Qeyd edək ki, "Qarabağ" və "Kopenhagen" arasında ilk oyun avqustun
15-16-da, cavab matçı 22-23-də keçiriləcək. Ağdam təmsilçisi həmin
vaxtadək Premyer Liqanın avqustun 11-13-də keçiriləcək ilk turunda
"Neftçi" ilə görüşəcək.
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva



































