İdman
DİN-in əməkdaşı çempion oldu
Boks üzrə Azərbaycan birinciliyində Daxili İşlər Nazirliyinin (DİN) komendant xidmətinin əməkdaşı, polis serjantı Eldar Quliyev ikinci dəfə respublika çempionu tituluna sahib olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Boks
Mərkəzində keçirilən yarışda çəkisi 81 kiloqramadək idmançılar
arasında bütün rəqiblərinə qalib gələn idman ustası E.Quliyev daha
böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq
edib.
İdman ustası 1992-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxlı
kəndində anadan olub. Böyük idmana gedən yolda ilk qələbəsini 14
yaşında qazanıb. Naxçıvan Muxtar Respublikasında keçirilən
yeniyetmələr arasında birincilikdə bütün rəqiblərini məğlub edərək
baş mükafata sahib olub. Sonra Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna
və digər ölkələrdə qatıldığı beynəlxalq turnirlərdə qələbə
sevincini yaşayıb.
Polis serjantı E.Quliyev sonuncu qalib olduğu ölkə çempionatı
haqqında danışarkən qarşılaşmaların çox çətin keçdiyini bildirib:
“Sevindirici haldır ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox
artıb. Azərbaycanın bütün idmançıları dünyanın ən güclü boksçuları
ilə qarşılaşmaq bacarığına malikdirlər. Ona görə də respublika
çempionatında finala yüksələn idmançının beynəlxalq miqyaslı
yarışlarda da üstünlük qazanmaq imkanı olur.
E.Quliyev fevralın 18-26-da Bolqarıstanda keçiriləcək “Strandja”
turnirinə vəsiqə qazandığını vurğulayıb. Qarşıdakı yarışlardan
danışan idmançı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya
Oyunlarında iştirak etmək üçün daha çox məşq etdiyini deyib. O,
yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə
minnətdarlığını bildirib.
-
MDB16:00Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
-
Digər15:16Polis məktəblini içirdib təcavüz etmək istədi - İlginc cinayətin detalları
-
MDB14:53Putin Babayana heyran oldu
-
ABŞ14:353 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO





















.jpg)














