İdman
“Çelsi” Luis Enrikeylə anlaşdı
“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Luis Enrikenin yeni komandası bəlli olmaq üzrədir.
Publika.az “NTV Spor”a istinadən xəbər verir ki, ispan mütəxəssisin İngiltərədə işləyəcəyi haqda söz-söhbətlər güclənib.
Bazar ertəsi “Vest Bromviç”i qəbul edəcək “Çelsi” xal itirəcəyi təqdirdə baş məşqçi Antonio Konte illə yolların ayrılacağı ehtimal olunur. Məsələ burasındadır ki, son 3 qarşılaşmada London klubu meydandan müxtəlif hesablı məğlubiyyətlərlə ayrılıb.
Kontenin gedişindən sonra onun yerinə ilk real namizəd kimi məhz ispaniyalı Luis Enrike göstərilir.
İspaniya mətbuatı “Çelsi” rəhbərliyinin 47 yaşlı mütəxəssislə görüşdüyünü yazıb. Hətta iddiaya görə, tərəflər arasında 2,5 illik müqavilənin razılığı da alınıb.
Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının pley-off mərhələsində Luis Enrikenin sabiq klubu “Barselona” ilə qarşılaşacaq.
Pərviz
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək





































