İdman
“Fənərbaxça”-“Qalatasaray” matçının hakimi açıqlandı - İLK QOLA DİQQƏT
Türkiyə Super Liqasının 26-cı həftəsi çərçivəsində keçiriləcək “Fənərbaxça”-“Qalatasaray” derbisinin hakimi müəyyənləşib.
Publika.az xəbər verir ki, 17 mart tarixində baş tutacaq görüşə baş hakim Bülent Yıldırım nəzarət edəcək.
Türkiyə Futbol Federasiyası Mərkəzi Hakim Qurumundan verilən açıqlamaya görə, B.Yıldırımın köməkçiləri Əkrəm Qan və Kamal Yılmaz olacaq. Derbinin 4-cü hakimliyini isə Ümid Öztürk edəcək.
Super Liqada 2003-2004-cü il mövsümündən etibarən çıxış edən Bülent Yıldırım daha əvvəl 41 dəfə “Qalatasaray” matçına çıxıb. “Sarı-qırmızılılar” bu qarşılaşmaların 22-də qalib, 12-də bərabərlik əldə edib, 7 matçda məğlub olub. B.Yıldırım bu matçlarda “Qalatasaray”a 102 sarı, 4 qırmızı kart çıxarıb.
Təcrübəli referi “Qalatasaray”ın matçlarına çıxmağa ilk dəf 2004-2005 mövsümündə başlayıb. Beş dəfə “Qalatasaray” – “Fənərbaxça” derbisini idarə edib. Bu matçların ikisində “aslanlar”, birində “sarı kanaryalar” qalib gəlib. Bir matç isə bərabərə bitib.
Tərəflərin Superliqada keçirdiyi son 49 matçda ilk qolu vuran komanda sadəcə 3 dəfə məğlub olub. “Fənərbaxça” ilk qolu vurduğu 23, “Qalatasaray” isə 11qarşılaşmadan qalibiyyətlə ayrılıb. 6 matç bərabərliklə başa çatıb. 6 matçda qol qeydə alınmazkən, 3 qarşılaşmada “Qalatasaray” ilk qolu vuran tərəf olmasına rəğmən, rəqibinin qalib olmasının qarşısını ala bilməyib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
