İdman
Rusiyada acı tarix TƏKRARLANIR: iki ay sonra...
İngiltərə ilə Rusiya arasında yaşanan “Skirpal işi” böhranının təsirləri idman sahəsinə də sıçramağa başladı.
Publika.az xəbər verir ki, iyun ayında Rusiyada başlayacaq 2018 Dünya Çempionatı da risk altına düşüb.
3 ölkə DÇ-yə qatılmağı boykot edib, 4 ölkə isə bu haqda müzakirələr aparır.

15 mart tarixində İngiltərənin baş nazir Tereza Mey keçmiş rus casus Sergey Skirpalın qızı ilə birlikdə öldürülməsində Rusiyanın əli olduğunu bildirib və diplomatik səviyyədə Dünya Çempionatına qatılmayacaqlarını söyləyib. Bundan başqa, İslandiya və Polşa da İngiltərənin verdiyi boykot qərarına şərik çıxıb.
Məsələni müzakirə edən ölkələr isə Danimarka, Yaponiya, İsveç və Avstraliyadır.
Dünya Çempionatına Rusiya ilə siyasi gərginlik səbəbindən qatılmayan Ukrayna isə matçları yayımlamaqdan vaz keçib.
Dünya Çempionatı tarixində daha öncə buna bənzər boykotlar çox olub.
Bir neçəsini diqqətinizə çatdırırıq:
1. Uruqvay İtaliyada keçirilən 1934-cü il Dünya Çempionatını boykot edib. Argentina və Braziliya isə həmin turnirə əvəzedici heyətlə qatılıb. Üç ölkə Avropada Hitler və Mussolininin birlikdə yüksələn faşizminə qarşı bu qərarı qəbul edib.

2. Argentina 1938-ci ildə Fransaya ev sahibliyi etmək sözünü verib. Lakin vədinə sadiq qalmayıb. Fransa isə bu ölkəni boykot edib. Maraqlısı odur ki, Uruqvay Argentinaya şərik çıxaraq çempionata qatılmayıb.

3. Braziliyada təşkil edilən 1950-ci il Dünya Çempionatı boykotdan da əlavə, II Dünya Müharibəsindən sonra yaşanan maddi sıxıntılar səbəbilə qatılmaq haqqı əldə edən bir çox ölkənin qatılmaması ilə gündəmdə qalıb. Türkiyə, Belçika, Hindistan, Şotlandiya, Filippin, Argentina, Peru və Ekvador iqtisadi səbəblərdən bu turnirə qatılmayıb.
4. İngiltərədə təşkil edilən 1966-cı il Dünya Çempionatında isə Cənubi Afrika irqçilik səbəbilə çempionatdan kənarlaşdırılıb, ancaq FİFA daha sonra qərarından vaz keçib.
5. 1974-cü ildə Qərbi Almaniyada keçirilən turnirdə SSRİ bu ölkədə həbs edilən kommunist müxaliflərə dəstək vermək üçün Çili ilə oynayacağı matça çıxmayıb və Dünya Çempionatına qatılmaq imkanından məhrum olub.
Qeyd edək ki, turnir 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 böyük şəhərində keçiriləcək.
Zümrüd
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev




































